PSJ avrokuboklarda məğlubiyyətsizlik seriyasını 24-ə çıxardı
03.04.2013 - 01:10
PSJ öz meydanında keçirdiyi avrokubok matçlarında uduzmayaraq şəxsi rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona”ya qarşı ilk oyunda 2:2 hesablı bərabərə qalan Paris klubu məğlubiyyətsizlik seriyasını 24-ə çıxarıb.
Sonuncu dəfə PSJ doğma publika önündə çıxış etdiyi avrokuboklarda 2006-cı ilin noyabrında uduzub. Həmin görüşdə İsrailin “Hapel” klubu ilə üz-üzə gələn Fransa təmsilçisi rəqibinə 2:4 hesabı ilə boyun əymişdi.
Qeyd edək ki, evində “Barselona” ilə (2:2) sülh bağlayan PSJ aprelin 12-də cavab görüşünə çıxacaq.

0
0