Xavi Çempionlar Liqasında 10-cu qolunu vurdu
03.04.2013 - 02:00
Xavi Çempionlar Liqasında 10-cu qolunu vurdu
Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə (2:2) qarşı ilk oyununda fərqlənən “Barselona”nın futbolçusu Xavi Hernandes Avropanın ən titulu klub turnirində 10-cu qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı oyunçu bu topları çıxdığı 128-ci maçında rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, Xavi qarşılaşmanın 89-cu dəqiqəsində penaltidən komandasını hesabda önə çıxarıb. Həmçinin o, birinci dəfədir ki, penaltidən fərqlənib.