“Barselona” “Real”a çatdı
03.04.2013 - 02:50
“Barselona” “Real”a çatdı
“Barselona” Çempionlar Liqasında penaltidən vurduğu qollarının sayını 25-ə çıxarıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi Avropanın ən titulu klub turnirinin 1/4 final mərhələsində PSJ-yə qarşı oyunda matçın 89-cu dəqiqəsində Xavi ilə vurduğu qolla əzəli rəqibi “Real”a çatmış olub.

Bu da ispan komandalar üçün Çempionlar Liqasının tarixində ən yaxşı göstəricidir.

Qeyd edək ki, PSJ – “Barselona” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.