Zidan və Fiqu xeyriyyə matçı keçirəcək
03.04.2013 - 04:09
Zidan və Fiqu xeyriyyə matçı keçirəcək
Zinəddin Zidan və Luiş Fiqu bir-biri ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Fransa və Portuqaliya yığmasının veteran futbolçuları “Mançester Yunayted”lə “Real”ın ulduzlarına qarşı xeyriyyə matçında iştirak edəcək.

Qarşılaşma iyunun 2-də “Old Trafford” stadionunda baş tutacaq.

Həmçinin “Kral klubu”nun heyətində meydana Fernando Yerro, Fernando Redondo, Emilio Butraqeno və İvan Elqero çıxacaq. “Qırmızı şeytanlar”da isə Duayt York, Endi Koul, Edvin van der Sar və Teddi Şerinqem mübarizə aparacaq.

Qeyd edək ki, bu matçda bütün yığılmış vəsaitlər “Manchester United Foundation”un xeyriyyə təşkilatına və Mançesterdə kasıb cavan insanlara, icmalara dəstək göstərən layihələrin maliyyələşdirilməsinə veriləcək.