Messidən sonra Maskerano da zədələndi
03.04.2013 - 05:11
Messidən sonra Maskerano da zədələndi
“Barselona”nın yarımmüdafiəçisi Xavyer Maskerano 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının məlumatına görə, buna argentinalı futbolçunun dizindəki zədə səbəb olub.

Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı ilk oyunda meydana start heyətdə çıxan Maskerano 84-cü dəqiqədə Marka Bartru ilə əvəzlənib.

Qeyd edək ki, 2:2 hesablı bərabərliklə başa çatan oyunda “Barsenona”nın digər futbolçusu Lionel Messi də zədələnərək sıradan çıxıb.