Roura hakimdən narazıdır
03.04.2013 - 06:00
Roura hakimdən narazıdır
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə son dəqiqələrdə buraxdığı qolla qarşılaşmanı 2:2 hesablı heç-heçə ilə başa vuran “Barselona”nın köməkçi məşqçisi Xordi Roura hakimin qərarlarına reaksiya göstərib. Apasport.az saytının məlumatına görə, Roura oyundan sonra verdiyi açıqlamada referinin qərarları ilə razılaşmadıqlarını bildirib.

O, Paris klubuna meydanda üstünlüklərini sübut etdiklərini ifadə edib: “İbrahimoviçin vurduğu qol açıq bir şəkildə ofsayıtdır. Hakim Volfqanq Ştark bizi yaraladı. Onun verdiyi bəzi qərarlar dəqiq olmadı. Amma artıq edəcək bir şey yoxdur. Qarşılaşmanın nəticəsinə gəldik də isə bu, bizim üçün yaxşıdır. Rəqibimizə meydanda üstünlüyümüzü sübut etdik. Ancaq PSJ bizi çaşdırdı. Fiziki cəhətdən bu qədər üstün olacaqlarını təxmin etmirdik”.