“Bavariya” uzun müddət Kroosdan yararlana bilməyəcək
03.04.2013 - 06:50
“Bavariya” uzun müddət Kroosdan yararlana bilməyəcək
Almaniya yığması və “Bavariya”nın yarımmüdafiəçisi Toni Kroosun zədəsi ciddidir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Yuventus”la qarşılaşmanın 16-cı dəqiqəsində zədələnərək komanda yoldaşı Aryen Robbenlə əvəzlənən 23 yaşlı futbolçu 6-8 həftəyə qədər sıradan çıxıb.

Onun sağ ayağının əzələsinin dartıldığı bildirilir.

Qeyd edək ki, Kroos “Bavariya”nın Çempionlar Liqasının 1/4 finalının cavab oyunu ilə yanaşı, həm də Münhen klubu növbəti mərhələyə keçəcəyi halda hər iki matçı da buraxacaq.