Joze Mourinyo: “Real” “Qalatasaray”la oyunda favorit deyil
03.04.2013 - 08:20
“Mən Çempionlar Liqasının 1/4 finalında “Portu” ilə “İnter”lə oynayanda, favorit sayılmırdıq. Ancaq sonda turnirin qalibi olduq. “Real”la artıq bu mərhələdə olsaq da, uduzmuşuq. Buna görə də mənə favorit haqda mühakimə yürütmək çətindir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib. Turniri 2 müxtəlif klubla qazanan portuqaliyalı mütəxəssis indiki komandası ilə növbəti uğura imza atmağa çalışır.
Ancaq rəqib “Qalatasaray” nə qədər münasib olsa da, Mourinyo ehtiyatlı danışıb. Onun sözlərinə görə, bu cütdə aşkar güclü deyillər: “Qalatasaray”ın Fatih Terim kimi əla baş məşqçisi var. O, yüksək səviyyəli oyunlarda zəngin təcrübəyə malikdir. Buna görə də özünü rahat hiss edir və Madriddə oynamaqdan qorxmur. Komandamızda dünyanın ən yaxşı klublarında oynayan futbolçular var. Onlar 1/4 finala çatanda özünəinamı itirmirlər. Didye Droqba, Uesli Sneyder, Burak Yılmaz dünyanın istənilən komandasında itməzdilər”.

0
0