“Azərbaycana getsəm, daha çox pul qazana bilərdim”
03.04.2013 - 08:55
Belarusun “Belşina” klubunun futbolçusu Denis Vasin Azərbaycanda oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı hücumçunun özü açıqlayıb.
24 yaşlı futbolçu Odessa “Çernomorets”indən “Belşina”ya keçərkən Azərbaycandan daha sərfəli təklif aldığını bildirib. Lakin Ukraynanın U-17, U-19 və U-21 yığmalarında oynamış hücumçu daha az pul qazanmağa üstünlük verib: “Başa düşürdüm ki, Belarusa daha az pula gedirəm. Lakin oynamaq istəyim böyük idi. Məsələnin maddi tərəfi ikinci plana keçmişdi. Azərbaycan və Qazaxıstana getmək variantlarım da var idi. Orada daha çox pul qazana bilərdim. Amma başa düşürəm ki, Belarusdan vətənə qayıtmaq da asandır”.

0
0