Milimizin oyunçusu: Final mərhələsində qrupdan çıxmağa çalışacağıq
03.04.2013 - 09:07
Milimizin oyunçusu: Final mərhələsində qrupdan çıxmağa çalışacağıq
“Çox şadıq ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Ümumilikdə bizim təxminən bərabər səviyyəli qrupumuz var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Vitali Borisov deyib.

31 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsində qrup qalibi olan yığmamızın uğuru haqda fikirlərini UEFA-nın rəsmi saytına açıqlayıb: “Slovakiya digərlərindən bir az güclü idi. Norveç isə nisbətən zəif idi. Hər 3 oyunumuzda qalib gəlsək də, bu matçların heç biri asan olmadı. Belçikadakı Avro-2014 haqda isə indidən danışmaq tezdir. Bu haqda püşkatmadan sonra nə isə demək olar. İstənilən halda final mərhələsində qrupdan çıxmağa çalışacağıq. Bundan sonra isə mümkün qədər irəliləməliyik”.

Qeyd edək ki, 2014-cü ildə Belçikada keçiriləcək qitə çempionatı yığmamızın tarixində ardıcıl 3-cü final mərhələsi olacaq