“Klublar baş məşqçi gətirəndə, onun qabiliyyətinə fikir vermirlər”
03.04.2013 - 10:43
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Klublarımızda baş məşqçi istefası olan kimi mətbuatda dərhal sizin namizədliyiniz gündəmə gəlir. Artıq bu hal ənənəyə çevrilib. İndi də “Qəbələ” baş məşqçi axtarışındadı. Belə namizədlik, yadadüşmə sizə necə təsir edir?
- Sizinlə razıyam. Belə şey adama çox qəribə gəlir. Ancaq Azərbaycanda belədir də... Bizim klublar baş məşqçi gətirəndə, onun iş qabiliyyətinə, uğurlarına, yaxud uğursuzluqlarına fikir vermirlər. Düz deyirsiz, hansısa baş məşqçisini çıxaranda, işsizlər yada düşür. İşləmədiyim üçün mən yada düşürəm. Bu, məni bir tərəfdən qıcıqlandırır.
- Hansı mənada?
- O mənada ki, Allaha şükür güc, ağıl var, işləmişəm. Özü də hər yanda vicdanla çalışmışam. Yenə sağ olsunlar sizin kimi jurnalistlər ki, məni yaddan çıxarmırsınız, işləməyimi istəyirsiniz. Gücü çatan, iş qabiliyyəti olan məşqçi mütləq çalışmalıdır.
- “Qəbələ” variantı nə dərəcədə realdır?
- Heç bir xəbər yoxdur.
- Sizə bu klubdan heç telefon zəngi də olmayıb?
- Xeyr. Ümumiyyətlə, futbolda baş verənləri işıqlandırmaq sizin işinizdir və buna hörmətlə yanaşıram.
- Təklif olsa, danışıqlara hazırsınız?
- Əlbəttə, işləməyə hazıram. Nəticə verən məşqçi həmişə işləməlidir. Biz inkişafa doğru gedirik. Niyə də azərbaycanlı mütəxəssislər işləməsinlər?
- Ramiz Məmmədovun “Qəbələ”dən istefaya göndərilməsi sizin üçün gözlənilməz olmadı ki?
- Onların əvvəldən istəyinin, planlarının nə olduğunu bilmirəm. Buna görə başqa klubda işbirliyi haqda danışmağa ixtiyarım yoxdur.
- Ancaq Məmmədov yaxşı tanıdığınız futbolçu olub, uzun illər “Qəbələ”ni çalışdırıb. Onun komandaya qayıdışından sonra uğursuzluğa düçar olmağını necə qarşıladınız?
- Məmmədova azərbaycanlı məşqçi kimi həmişə hörmətlə yanaşmışam, onunla çox söhbətləşmişəm. Uğursuzluq olur da... Heç bir məşqçi uğursuzluqla üzləşmədiyini deyə bilməz. Bunu gərək qəbul edəsən və öz üzərində daha çox işləyəsən.
- “Qəbələ”nin böyük potensialı, yaxşı şəraiti olduğu halda, yenə nəticə verə bilməməyini nə ilə izah edərdiniz?
- “Qəbələ”nin çox oyunlarına baxmışam, xoşuma gəlib. Yaxşı hücumçuları, səviyyəli legionerləri var. Komanda şəraitinə görə daha yaxşı oynamalıdır. Hətta Ramiz müəllim çox vaxt deyirdi ki, biz oyunumuza, şəraitimizə görə 1-ci, 2-ci yerlərdə olmalıyıq.
- Sizinlə yanaşı, ötən mövsüm “Simurq”da çalışmış rusiyalı Sergey Yuranın da adı “Qəbələ” ətrafında hallanır. Onun haqda nə deyə bilərsiniz?
- Hər bir həmkarıma hörmətlə yanaşıram. Ancaq əvvəlki sözümə qayıdıram: məşqçini – istər yerli, istərsə də əcnəbini gətirəndə onun işbirliyini, insanlığını, komanda düzəltməyini nəzərə almaq lazımdır. Çünki komanda bir ailədir. Bilmək lazımdır ki, onu düzəldə bilir, yoxsa yox? Yuran “Simurq”da çalışırdı, niyə çıxıb getdiyini bilən yoxdu. Deyəsən, son iş yeri “Sibir” olub.
- Bəli, amma qısamüddətli oldu. Heç 1 il çəkmədi...
- Bunları fikirləşməlidirlər. Yuran haqda pis fikrim yoxdur. Adamın Allahı var, güclü futbolçu olub.
Mehman SÜLEYMANOV

0
0