“Bakı”nın futbolçusu: Mənə tərcüməçi veriblər
03.04.2013 - 11:10
“Zədədən sonra bərpa prosesi keçirəm. Durumum yavaş-yavaş yaxşılaşır. Tezliklə meydana dönəcəyimə ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın ispaniyalı futbolçusu Mario Martinesə məxsusdur.
Zədə üzündən komandasına kömək edə bilməyən ispaniyalı yarımmüdafiəçi ölkəmiz və durumu haqda fikirlərini açıqlayıb: “Burada hər şey ideal səviyyədədir. Bakının mənzərələrindən zövq alıram. Çox yaxşı da komandamız var. Mənə tərcüməçi də veriblər. Şəhəri onunla gəzirəm. Özüm də meydana tez qayıtmağa can atıram. Əsas hədəfimiz ölkə kubokudur. Bu üzdən də yarımfinal mərhələsinin ilk oyununu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu mərhələnin sonunda biz sevincəyik”.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Bakı” “Xəzər Lənkəran”la qarşılaşacaq. Həmin matçlar aprelin 17-də və 24-də baş tutacaq.

0
0