Yubiley üçün əsas komandaya
03.04.2013 - 11:29
Yubiley üçün əsas komandaya
“Qəbələ”nin əsas komandasını Topaz Premyer Liqasının XXV turuna baş məşqçi kimi çıxaracaq Luis Araqon Azərbaycanda yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, “Simurq”la qarşılaşma ispaniyalı mütəxəssis üçün ölkəmizdə 25-ci oyun olacaq.

Cari mövsümə “Qəbələ”nin əvəzedici komandasında başlayan Araqon çempionatın arxada qalan hissəsində 24 matçda iş başında olub. Yubiley matçı Premyer Liqadakı ev oyununda gerçəkləşəcək pireneyli indiyədək 12 qələbəyə sevinib, 4 heç-heçə görüb və 8 məğlubiyyətin acısını yaşayıb. Araqonun rəhbərliyi altında qəbələlilər 37 qol vurmağı bacarıb və öz qapısından 26-nı buraxıb.

Qeyd edək ki, 24 oyunda 40 xal toplayan əvəzedicilər 32 xalı olan əsas komanda ilə müqayisədə 8 xal çox qazanıb.