Millimiz Avstriyada nə qədər qaçdı?
03.04.2013 - 16:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinin Gürcüstanla oyundakı statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 17-dən 28-ə qədər Avstriyada təlim-məşq toplanışında olan millimiz hazırlıq prosesi dövründə turnirdə iştirak edərək 1-ci yeri tutub.
Bu turnir zamanı yığmamızın üzvlərinin fərdi hazırlıq səviyyəsinə müasir avadanlıqlar vasitəsilə nəzarət olunub. Millimizin Avstriyada keçirdiyi 3 matçdan birində - Gürcüstanın U-21 yığması ilə qarşılaşmada sahə oyunçularımız orta hesabla 12375 metr məsafə qət ediblər.
Qeyd edək ki, qonşu ölkə təmsilçisi ilə matçda meydana Ürfan Abbasov, Tərlan Quliyev, Elvin Yunuszadə, Ruslan Tağızadə, Abdulla Abatsiyev, İlter Taşkın, Mirhüseyn Seyidov, Timur Təməltaş, Araz Abdullayev, Fatih Şanlı çıxıblar.
Mənbə: affa.az

0
0