“Həkimlər mənə bir müddət məşq etməməyi tapşırdı”
03.04.2013 - 17:32
“21 yaşlılardan ibarət yığmamızda (U-21) hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirərək Macarıstan klubu, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəldik. U-21-in heyətində 2 oyunda meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının futbolçusu Slavik Alxasov deyib. Müdafiəçi çıxış etdiyi “Sumqayıt” klubunun rəsmi saytına açıqlamasında həm yığmada qalibi olduğu turnir, həm də Topaz Premyer Liqasında çıxış haqda danışıb.
Albaniya ilə oyunda başından ciddi zədə alan Alxasovun sözlərinə görə, artıq sağalaraq sıraya dönüb: “İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə də başlamışam. İnşallah, növbəti turda komandama kömək edərəm”.
Ötən tur “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri matçı dəyərləndirən Slavik növbəti turda qonağı olacaqları “Rəvan”la oyunda əsas vəzifələrinin 3 xal qazanmaq olduğunu bildirib: “Kəpəz”lə oyunda kifayət qədər qol imkanı yaratdıq. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə rəqib qapıçı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmşıq. İnşallah, “Rəvan”ı da üstələyib mövqeyimizi bir qədər də yaxşılaşdırarıq”.

0
0