“Məmmədovun dönəmində belə məşqlər etməmişdik”
03.04.2013 - 18:30
“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi
- İspaniyalı məşqçi Luis Araqonun rəhbərliyi altında bu gün ilk məşqiniz oldu. Hazırlıq necə keçdi?
- İlk məşqdən hiss olundu ki, bu məşqçi toplu çalışmalara üstünlük verir. Bu isə bizə bir qədər qaranlıqdır. Çünki biz Ramiz Məmmədovun dönəmində belə məşqlər etməmişdik. O, ispan üslubunda qısa ötürmələrdən yararlanmağımızı istəyir. Ancaq bu sistemi qısa müddətdə komandaya uyğunlaşdırmaq çətinlik yaradacaq. O çalışır ki, oyunçuları fərqli mövqelərdə sınasın...
- Fərqli mövqedə? Məsələn, Araqon sizi hansı mövqedə oynatmaq istəyir?
- O gələn kimi mənim hücumçunun arxasında oynamağımı istədi. Dedi ki, səndə o potensial var. Ancaq mənə bu mövqedə oynamaq çətin olacaq. Çünki mən həmişə yarımmüdafiənin cinahında çıxış etmişəm. Tək mən yox, bir neçə futbolçuda mövqe dəyişikliyi etdi. Öz fikridir. Baxaq görək necə olacaq.
- Ramiz Məmmədov Luis Araqondan fərqli, hava ötürmələri ilə oynamağınızı tapşırırdı?
- Hə, elədir. Daha çox hava toplarına, güc futboluna üstünlük verirdik. Düzdür, dəqiq deyə bilmərəm ki, oyun zamanı bu məşqçi hansı sistemdən yararlanacaq. Ancaq adi məşqdən görünür ki, ispaniyalı çalışdırıcının oyun fəlsəfəsi necədir.
- Baş məşqçi dəyişikliyi sizin üçün gözlənilməz olmadı ki? Yoxsa artıq “Qarabağ”la oyundan sonra Məmmədovun gedəcəyi sizə məlum idi?
- Yox, biz də onun komandadan gedəcəyini bilmirdik. Çünki ayın 1-də komanda onun rəhbərliyi altında məşq keçmişdi. Ancaq ertəsi gün klub rəhbərliyi iclas keçirdi və açıqladı ki, Ramiz müəllim gedib, onun yerinə isə Luis Araqon təyin olunub.
- Yerli oyunçular ünsiyyət baxımından həmişə əcnəbi məşqçilərlə çalışmağın tərəfdarı olmur. Ən azından ona görə ki, əcnəbilər Luis Araqon kimi yerli futbolçuların hansı mövqedə oynaya biləcəyini bizim məşqçilər kimi bilə bilməz. “Qəbələ”yə də yeni əcnəbi məşqçinin gələcəyini nəzərə alsaq, onunla çalışmaq sizə nə dərəcədə rahat olacaq?
- Sözün düzü, nə nəticə qazanmışamsa, bu, yerli məşqçilərin rəhbərliyi altında oynadığım vaxt olub. Dil baxımından yerli məşqçi ilə anlaşmaq, ona dərdini söyləmək mümkün olur. Həm də yerlilər futbolçunun hansı potensiala malik olduğunu əcnəbiyə nisbətən daha yaxşı bilir. Ona görə də onlarla çalışmaq daha rahatdır. Məsələn, Ramiz Məmmədov mənə 1 oyun hücumçu arxasında şans verib. O da həmin mövqedə oyunçu yoxluğundan məndən bu mövqedə oynamağı xahiş etmişdi. Bu, məcburi dəyişiklikdir. Əcnəbi məşqçinin də qərarına hörmətlə yanaşmalıyıq. Eləcə də onu təyin edən rəhbərlikdir. Biz buna qarışa bilmərik. Hansı məşqçini təyin edəcəklərsə, öz işləridir.
- Komandanın Sergey Yurana tapşırılacağı ehtimal olunur. “Simurq”da gördüyü yaxşı işi ilə tanınan rusiyalı məşqçi “Qəbələ”ni bu bataqlıqdan çıxara bilərmi?
- Mən onu futbolçu kimi daha yaxşı tanıyıram. Ancaq məşqçi kimi bunu deyə bilmərəm. Çünki “Neftçi”də oynadığım vaxt onun komandasına həmişə qalib gəlmişik. Düzdür, qısa müddətdə “Simurq”da müəyyən işlər gördü. Ancaq bu, rus futboludur. Mən bu tip ölkələrdən olan məşqçilərlə işləməkdə çətinlik çəkmişəm.
- Yəni, onun “Qəbələ”yə gəlməsini istəməzsiz...
- “İnter”dən “Xəzər Lənkəran”a keçən vaxt baş məşqçi Anatoli Konkov idi. Mən ona yaxınlaşıb demişdim ki, sənin rəhbərliyin altında oynamaq istəmirəm və beləcə görüşüb-halallaşıb “İnter”ən ayrılmışdım. Mən belə futbolçuyam. Mənə türk futbolu daha yaxındır. Çünki dinimiz, dilimiz birdir. Özü də rus futbolunda daha çox fiziki duruma fikir verilir. Mən isə “Qarabağ”ın oynadığı sistemə yaxın oyunçuyam.
- AZAL ilə oyunda böyükhesablı yenilgidən sonra özünüzə gələ bilmədiz. Ardıcıl 3 oyundur ki, yenilirsiz. Kapitan kimi deyə bilərsizmi ki, oyununuzda nə çatışmır?
- Kapitan kimi deyə bilərəm ki, komandada söz-söhbət, futbolçular arasında münaqişə yox idi, hamı məşqini edirdi. Ancaq oyun planında çətinlik çəkirdik. Mətbuatda həmişə demişəm ki, səviyyəli hücumçular var, ancaq həmin səviyyəni meydançada sərgiləmək lazımdır. Həmişə oynadığım klublarda çalışmışam ki, avrokuboklara düşək. Düşmüşük, bunun da ləzzətini görmüşük. Ancaq indi o məqsədə çata bilmirik. Hər halda oyunlarda az vəziyyət yaradırıq.
- Meydana çıxanların yarıdan çoxu legionerlərdir. Onlar da daha çox hava ötürmələrindən yararlanmağa üstünlük verir. Yəqin ki, bu da sizin ürəyinizcə olmaz...
- Mən bir dəfə açıqlamamda demişdim ki, boyum 1.90 sm-dir. Çünki o qədər havadan ötürmə verilir ki, boyum uzanıb (gülür). Bu isə mən istədiyim futbol deyil. Bizim legionerlər belə oynayır. Bu da lazımdır. Ancaq hücumçunun bir qədər yaradıcılığı olmalıdır. Çünki oyun getməyən anda sən hər şeyi üzərinə götürüb nəsə edə bilərsən. Bizim futbolçular potensiallıdır. Ancaq onların potensialını açması lazımdır.
- Bunun üçün yaxşı məşqçi lazımdır?
- Məşqçidən çox, oyunçunun özündə də məsuliyyət olmalıdır. Heç vaxt hansısa məşqçinin getməsini arzulamamışam.
- 3-cü pillədə gedən “Qarabağ”la aranızda 10 xallıq fərq var. Avrokuboklara düşmək şansınız nəzəri cəhətdən qalsa da, rəqiblərinizin də növbəti turlarda qalib gələcəyini, eləcə də sizin də xal itirəcəyiniz nəzərə alınmalıdır...
- Şansımız çox cüzidir. Gərək bütün oyunlarda qalib gələk, rəqiblərimiz də xal itirsin. Yalnız bu halda avrokuboklara gedə bilərik.
Səbuhi TOFİQOĞLU

0
0