UEFA “Real”ı xəbərdarlıq etdi
03.04.2013 - 20:35
UEFA “Real”ı xəbərdarlıq etdi
UEFA-dan “Real”a sərt xəbərdarlıq gəlib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Madrid klubuna Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”la qarşılaşmada giriş bileti olan bütün türk azarkeşlərinin öz yerlərində oturma haqqı olduğunu bildirib.

UEFA-dan “Real”a göndərilən bir yazıda, bu qarşılaşma üçün “Qalatasaray” azarkeşlərinin əldə etdikləri biletlərin hansı sektorda olursa-olsun, öz komandasını dəstəkləmə haqqı olduğunu vurğulayıb. Həmçinin onların stadiona rahat giriş etməsi də tələb edilib.

Beləliklə, türk azarkeşləri “Santyaqo Bernabeu”da komandalarını hər tərəfdə dəstəkləyəcəklər.

Qeyd edək ki, İspaniya təmsilçisi dünən klubun rəsmi saytında “Cim-Bom” azarkeşləri üçün stadionun müəyyən bir hissəsində yer ayırdıqlarını ifadə etmişdi.