Karlos Tevesin cəzası məlum oldu
03.04.2013 - 21:04
Karlos Tevesin cəzası məlum oldu
“Mançester Siti”nin ulduz futbolçusu Karlos Tevesin cəzası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sürücülük hüququ olmadığı vaxtlar avtomobil idarə edən argentinalı hücumçu məhkəmə tərəfindən 250 saat ictimai işlə cəzalandırılıb.

Həmçinin məhkəmə Tevesi 6 aylıq sürücülük hüququndan məhrum edib. O, avtomobili sığortasız idarə etdiyinə görə isə 1000 funt-sterlinq cərimə ödəyəcək.

Qeyd edək ki, yanvar ayında sürücülük vəsiqəsi əlindən alınan Karlos martda yenidən sükan arxasına keçib. İkinci dəfə polis tərəfindən saxlanılan Teves girov ödəyərək həbssiz mühakimə üzrə sərbəst buraxılmışdı.