Berdıyev keçən ilki və indiki “Çelsi”ni müqayisə etdi
03.04.2013 - 23:00
Berdıyev keçən ilki və indiki “Çelsi”ni müqayisə etdi
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin”in baş məşqçisi Qurban Berdıyev Avropa Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, konfransda jurnalistlər təcrübəli çalışdırıcıdan London klubunun keçən ilki və indiki durumunu müqayisə etməsini xahiş ediblər.

Berdıyev isə onların suallarına belə cavab verib: “Hər komandada öz üstünlükləri və minuslar var. İndiki “Çelsi” daha gözlənilməzdir. Çünki onların heyətində bir neçə təhlükəli və güclü oyunçular çıxış edir. Amma keçən ilki “Çelsi” daha çox komanda futbolu göstərirdi”.