Ronaldo 47-ci qolunu vurdu
04.04.2013 - 00:05
Ronaldo 47-ci qolunu vurdu
“Real”ın hücumçusu Kriştanu Ronaldo Çempionlar Liqasında qollarının sayını 47-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, buna, portuqaliyalı futbolçu qitə miqyaslı turnirin 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”la keçirilən matçda fərqlənməklə nail olub.

Ronaldo matçın 9-cu dəqiqəsində hesabı açaraq Çempionlar Liqası tarixində 47-ci qolunu vurmuş olub.

Qeyd edək ki, Avropanın ən titullu klub turnirlərinin ən sərrast futbolçusu 71 qolla “Real”ın sabiq forvardı Raul Qonsalesdir.