Ronaldo Messi və Burakdan öndə
04.04.2013 - 01:15
“Real”ın futbolçusu Kriştanu Ronaldo bu mövsüm Çempionlar Liqasında vurduğu qollara bombardirlər siyahısında vahid lider olub. Apasport.az saytının məlumatına görə, Portuqaliya yığma komandasının üzvü qitə miqyaslı turnirin 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”la (3:0) keçirilən matçda fərqlənməklə qollarının sayını 9-a çatdırıb.
“Kral klubu”nun forvardını isə 8 qolla “Barselona”nın hücumçusu Lionel Messi və “Qalatasaray”ın futbolçusu Burak Yılmaz izləyir.
Qeyd edək ki, Ronaldo 9-cu topunu “Cim-Bom”un uruqvaylı qolkiperi Fernando Musleranın qoruduğu qapıdan elə matçın 9-cu dəqiqəsində keçirib. Həmçinin o, meydana çıxdığı 9 oyunda 9-cu dəfə fərqlənməyi bacarıb.

0
0