“Real” ilk dəfə qapısını toxunulmaz saxladı
04.04.2013 - 02:45
Çempionlar Liqasının 1/4 finalının ilk oyun günündə evində “Qalatasaray”ı 3:0 hesabı ilə məğlub edib növbəti mərhələyə böyük üstünlük əldə edən “Real” bu mövsüm ilk dəfə bir matçda qapısını toxunulmaz saxlamağı bacarıb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”la oyuna qədər 8 görüşdə mübarizə aparan “Kral klubu” 19 top vurub və 11-ni buraxıb.
İstanbullularla matçdan sonra isə Madrid təmsilçisi qollarının sayını 21 çatdırıb. Hər qarşılaşmada rəqib qapılarından top keçirən “Real” bu mövsüm turnirin ən çox fərqlənən komandası ünvanına sahib olub.
Qeyd edək ki, Joze Mourinyonun yetirmələri bu mövsüm öz meydanında 13 dəfə rəqib qapıçılarını məyus edib.

0
0