“Qalatasaray” İspaniyada qələbəyə həsrətdir
04.04.2013 - 03:11
“Qalatasaray” İspaniyada qələbəyə həsrətdir
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Real”a (3:0) uduzan “Qalatasaray”ın səfərdə İspaniya komandaları qarşısında heç vaxt üzü gülməyib. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində 9-cu İspaniya səfərinə yollanan “Cim-Bom” bunlardan yalnız 2-də heç-heçə etməyi bacarıb.

Digər 7 qarşılaşmada isə məğlubiyyətlə üzləşib. “Santyaqo Bernabeu” stadionunda “Real”a 3:0 hesabı ilə uduzan İstanbul klubu, 2000-2001 mövsümündə də səfərdə eyni nəticə ilə üzləşib.

Qeyd edək ki, “Qalatasaray” bu görüşlərdə 19 top buraxıb və 4-nü isə rəqib qapısından keçirib.

“Qalatasaray”ın səfərdə İspaniya komandaları qarşısındakı nəticələri:

1993-1994. “Barselona” - “Qalatasaray” - 3:0
1994-1995. “Barselona” - “Qalatasaray” - 2:1
1998-1999. “Atletik” - “Qalatasaray” - 1:0
2000-2001. “Real” - “Qalatasaray” - 3:0
2001-2002. “Barselona” - “Qalatasaray” - 1:1
2001-2002. “Deportivo” - “Qalatasaray” - 2:0
2002-2003. “Barselona” - “Qalatasaray” - 3:1
2003-2004. “Real Sosyedad” - “Qalatasaray” - 1:1
2012-2013. “Real” - “Qalatasaray” - 3:0