Alonso matçın ən çox qaçanı və ən yaxşısı seçildi
04.04.2013 - 04:05
Alonso matçın ən çox qaçanı və ən yaxşısı seçildi
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə qarşılaşan “Real” - “Qalatasaray” matçında ən çox məsafə qət edən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu nəticədə “Kral klubu”nun oyunçularının üstünlüyü daha çoxdur.

Belə ki, madridli futbolçular cəmi 110282 m, “aslanlar” isə 105622 m məsafə qət edib. Matçda isə ən çox qaçan oyunçular “Real”ın heyətində Sami Xedira (11698) ilə Xabi Alonsodur (11125).

Qeyd edək ki, Alonso həm də oyunun ən yaxşısı seçilib. O, UEFA tərəfindən 7 xalla qiymətləndirilib.