Madriddə final fitindən sonra gərginlik yaşandı - FOTO
04.04.2013 - 04:39
Madriddə final fitindən sonra gərginlik yaşandı - FOTO
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə üz-üzə gələn “Real” – “Qalatasaray” matçının ardından “Santyaqo Bernabeu” stadionunun qarşısında gərginlik yaşanıb. Apasport.az saytının məlumatına görə, hakimin final fitindən sonra “Cim-Bom”un azarkeşlərini bir müddət tribunalarda saxlayıblar. Madridlilər çıxarıldıqdan sonra isə onlara icazə verilib.

Nəticəsində bir qrup tərəfdar ilə ispan polisi arasında gərginlik yaşanıb. Təhlükəsizlik Xidmətinin sərt müdaxiləsindən sonra çox sayda türk azarkeşləri yaralanıb. Daha sonra atlı polislər də hadisə yerinə gələrək, bəzi türk fanatlarını həbs ediblər.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan azarkeşlərə ilk müdaxiləni yenə Təhlükəsizlik Xidmətinin əməkdaşları edib.