“Qalatasaray” Türkiyənin ən yaxşı komandasıdır”
04.04.2013 - 05:15
“Qalatasaray” Türkiyənin ən yaxşı komandasıdır”
“Erkən qol vurmağımız bizə rahatlıq verdi. Rəqibimiz də dəyişiklik etmək məcburiyyətində qaldı. “Qalatasaray”a və azarkeşlərinə çox böyük hörmət bəsləyirik. Bu matçı biz haqq etdik. Ancaq İstanbulda oynayacağımız daha bir görüşümüz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”ı 3:0 hesabı ilə məğlub etdikdən sonra matç haqda fikirlərini bildirib: “Qalatasaray”ın oyunundakı dəyişiklik, “Real”la “Kayserispor” arasındakı fərqdən ibarətdir. “Qalatasaray” Türkiyənin ən yaxşı komandasıdır. İkinci qarşılaşmada onların möcüzəyə ehtiyacları olacaq. Amma futbolda möcüzələr də olur. Əgər komandanın digər oyunçuları yaxşı çıxış edirsə, irəlidə hücumçuların işi asanlaşır. Erkən qol matçın axarını tamamilə dəyişdirdi. Cavab görüşündə iki komandanında çox önəmli itkiləri olacaq”.

Mourinyo hakimin mübahisəli epizoduna da münasibət bildirib: “Mübahisəli epizodu mən görmədim. Çünki uzaq idim. Əgər Terim şikayət edirsə, bu, onun öz fikridir. Mən bilmirəm, nə də ki, görmədim”.