“Hakim düzgün qərar verməyincə, hesab belə olur”
04.04.2013 - 05:50
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə “Real”a uduzan “Qalatasaray” klubunun baş məşqçisi Fateh Terim oyun haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bildirib ki, 0:3 hesabı ilə uduzacaqlarını gözləmirmiş.
“Belə qollar buraxacağımızı gözləmirdim. İkinci hissədə də şansımız oldu. 2 top fərqi ilə geri olduğumuz zaman qol vurmağımız hər şeyi dəyişəcəkdi. “Real” böyük ehtimalla, növbəti mərhələyə keçəcək. Amma İstanbuldakı görüş də çətin olacaq” – deyə, Terim bildirib.
“İmperator” matçın norveçli baş hakimini də ittiham edib: “O, həvəskar hakim idi. Nə oyun düşüncəsi var, nə də başqa bir şey. Nəyə fit çalar, nəyə çalmaz müəyyən deyil. Haradan çıxdı anlamadım. O, bizi məğlub etdi? Xeyr. “Real” onsuz da favoritdir. Bu haqda danışmaq lazım deyil. Hakimə də ehtiyacları yoxdur. Amma referi düzgün qərar verməyincə, hesab belə olur. Bir çox qərarları da səhv verdi”.

0
0