Hər iki komandada cəzalı futbolçuların sayı eynidir
04.04.2013 - 06:41
“Qalatasaray” və Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında 2 futbolçularının xidmətlərindən yararlana bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, bunlar, “Cim-Bom”dan müdafiəçi Dani Nounkeu, hücumçu Burak Yılmaz, “Kral klubu”ndan Xabi Alonso və Serxio Ramosdur.
Belə ki, istanbulluların kamerunlu oyunçusu 41-ci dəqiqədə, Türkiyə milli komandasının üzvü Burak isə 78-ci dəqiqədə sarı vərəqə alaraq növbəti oyun üçün cəzalı duruma düşüb. Həmçinin Alonso (84) ilə Ramos da (90) sarı vərəqə ilə cəzalanıblar. Həmin futbolçuların aktivində daha əvvəl 1 sarı vərəqə olub.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu aprelin 9-da keçiriləcək.

0
0