“Qalatasaray”ın azarkeşləri “Real”ın qələbəsini deyənin qanını tökdü
04.04.2013 - 08:29
“Qalatasaray”ın azarkeşləri “Real”ın qələbəsini deyənin qanını tökdü
“Qalatasaray”ın azarkeşləri Çempionlar Liqasında 1/4 final mərhələsində rəqibləri olan “Real”ın qələbəsinə proqnoz verənlərin üzərinə hücum edib. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin “Bəyaz” telekanalının ekspertləri Madriddə meydan sahiblərinin qalib gələcəyini deyiblər.

Bu, onlara baha başa gəlib. Belə ki, “Cim Bom”un 35-40 nəfərdən ibarət azarkeş qrupu telekanala hücum etməyi qərara alıblar. Onlar gecə saat 2-də gələrək, taxta və daşlarla silahlanıblar. Təhlükəsizlik kamerası onu göstərir ki, insident yetərincə ciddi olub. Ancaq hücum edənlər təhlükəsizlik xidmətinin cəsur əməkdaşlarının yaratdığı səddi yara bilməyib.

O da bildirilir ki, televiziyanın 1 işçisi ağır yaralanaraq, xəstəxanaya aparılıb.