Avropa Liqasından 10 məqam: Azərbaycan klubu da 7:0 qalib gəlir
04.04.2013 - 08:44
Avropa Liqasından 10 məqam: Azərbaycan klubu da 7:0 qalib gəlir
İlk oyunları bu gün keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsində 3 klubla təmsil olunan İngiltərə uzun illərdən sonra Çempionlar liqasının bu mərhələsində komandasız qalıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı belə uğursuzluğun səbəblərini araşdırmağa qərar verib. Həmkarlarımız buna 10 səbəb tapıblar.

İngilislər iddia edir ki, “Barselona” və “Bavariya” kimi klubların hegemonluq etdiyi Çempionlar Liqasında qalmamaqlarının başqa səbəbləri də var. Maraqlıdır ki. bunlar arasında Azərbaycanla bağlı məqam da var.

Həmkarlarımızın 10-cu səbəb kimi Bakının “İnter” klubunu göstərib. Onlar “bankirlər”in Estoniya “Trans”ını 2 oyunun cəmində 7:0 hesabı ilə udmasını vurğulayıb. Görünür ingilislər bununla da Avropa Liqasının zəifliyini artıq təkcə nəhənglərin deyil, bizimkilərin də darmadağınlar etmək iqtidarında olması ilə izah edib.