Didye Droqba: “Real” bizə yaxşı dərs keçdi
04.04.2013 - 09:16
Didye Droqba: “Real” bizə yaxşı dərs keçdi
“Biz öz şansımızı əldən verdik. Problem komandamızın rəqiblə müqayisədə təcrübəsizliyindədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Didye Droqba deyib.

İstanbul təmsilçisinin ən məşhur simalarından olan hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunundakı 0:3 hesablı səfər məğlubiyyətinə şərh verib: “Bizim gənc komandamız var. Hələ öyrənirik, yavaş-yavaş artırırıq. Bu stadionda oynamaq və “Real”dan belə nəticə almaq bizim üçün yaxşı dərs oldu”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 9-da İstanbulda keçiriləcək.