“Xəzər Lənkəran”dan gedəndən ilk qolunu vurdu
04.04.2013 - 10:31
“Xəzər Lənkəran”dan gedəndən ilk qolunu vurdu
“Xəzər Lənkəran”ın sabiq kosta-rikalı hücumçusu Randall Brenes ölkəmizdən ayrıldıqdan sonra ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, yayda cənubluları tərk edib ölkəsində şərəfini qoruduğu yeganə klub olan “Kartaxines”ə keçən Brenes “Limon”la çempionat oyununda fərqlənib.

O, 44-cü dəqiqədə hesabı bərabərləşdirən və komandasına 1 xalı qazandıran qola imza atıb. 29 yaşlı futbolçu 70-ci dəqiqədə isə əvəzlənib. Onun komandası hazırda Kosta-Rika çempionatında aşkar fərqlə liderdir.

Qeyd edək ki, Brenes “Xəzər Lənkəran”a Cüneyt Biçərin vaxtında transfer olunmuşdu. Ölkəmizdə çıxış etdiyi vaxt 3 qol vuran şimali amerikalı futbolçu 2 dəfə kubokun 1/4 finalında “İnter”in, 1 dəfə isə çempionatda “Qarabağ”ın qapısına yol tapmışdı.