İkisi birdən: Çempionluq intriqası və ya Toşak ilk qələbəyə doğru
04.04.2013 - 11:36
Sabah Topaz Premyer Liqasında XXV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, keçiriləcək yeganə oyunda əyalət təmsilçilərinin dueli olacaq.
Belə ki, qış fasiləsindən sonra inamsız təsir bağışlayan “Qəbələ” ilə “Simurq” kimin güclü olduğunu öz aralarındakı matçda aydınlaşdıracaq. Son 3 qarşılaşmada uduzan qəbələlilər baş məşqçisi Ramiz Məmmədovla yollarını ayıdandan sonra bu postu müvəqqəti olaraq Luis Araqona tapşırıb. Bununla, ispaniyalı mütəxəssis milli çempionatımızda debüt edəcək. “Qəbələ”nin Avropaya vəsiqə verə bilən, hazırda “Simurq”un qərarlaşdığı 4-cü yeri tutmağı üçün mütləq qələbə qazanmağı lazımdır. Zaqatalalılar üçün də 3 xal vacibdir və komanda cari mövsümdə Qəbələdə qalib gəlməyi bacarıb.
İlk “altılığ”ın digər 2 oyunu paytaxtda keçiriləcək. Bunlardan biri Bakı, digəri tarixi derbi olacaq. Çempionluq uğrunda oynayan “İnter” bu il uduzmayan “Bakı”nın qonağı olacaq. “Zolaqlılar” sonuncu məğlubiyyətini ötən il məhz “bankirlər”dən alandan sonra yenilmir.
Sözsüz ki, bütün milli çempionatlarımızın iştirakçısı olan “Neftçi” ilə “Qarabağ”ın dueli turun mərkəzi oyunu sayılır. Ağdamlıların çempionluq mübarizəsində iddiasını davam etdirmək üçün qələbəyə böyük ehtiyacı var. Hər halda, “Neftçi” qalib gələrsə, onunla xal fərqi artıq 9 olacaq ki, bu da qızıl medala şansları xeyli azaldır. Bu zaman isə çempionluq, digər tərəfdən, bakılılar cari mövsümdə “Qarabağ”la keçirdiyi hər 2 matçda eyni hesabla uduzub. Özü də “Neftçi”ni “Bakcell Arena”da yeganə məğlub edən komanda yenidən burada qəbul edəcəyi prinsipial rəqibidir. Deməli, “Qarabağ”ın qalib gəlməyi ilə çempionluq intriqası qalacaq.
İkinci “altılığ”ın bütün matçları Bakıda keçiriləcək ki, bunlar arasında ilk olacaq oyuna diqqət böyükdür. Belə ki, Con Toşakın “Xəzər Lənkəran”ın baş məşqçi postunda ilk qələbəsini “Kəpəz”lə matçda qazanacağı gözlənilir. Hər halda, debütünü Lənkəranda AZAL-la 1:1 hesablı bərabərliklə qeyd edən 64 yaşlı uelsli mütəxəssis son pillədə gedən “Kəpəz”ə qalib gəlməyə borcludur.
5 aprel
16:00. “Qəbələ” – “Simurq”
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:1
6 aprel
15:00. “Bakı” – “İnter”
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:1
16:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:5, 0:1
17:00. “Neftçi” – “Qarabağ”
Bakı. “Bakcell Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 0:1
7 aprel
17:00. “Rəvan” – “Sumqayıt”
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 2:3
17:30. AZAL – “Turan”
Bakı. “AZAL Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 0:0
Bombardir: Nikolas Kanales (Neftçi) –20

| komanda | o | q | h | m | t | x | |
1 | Neftçi | 24 | 15 | 3 | 6 | 49-25 | 48 |
2 | İnter | 24 | 12 | 8 | 4 | 26-14 | 44 |
3 | Qarabağ | 24 | 11 | 9 | 4 | 31-20 | 42 |
4 | Simurq | 24 | 10 | 9 | 5 | 26-16 | 39 |
5 | Bakı | 24 | 7 | 13 | 4 | 26-16 | 34 |
6 | Qəbələ | 24 | 9 | 5 | 10 | 27-30 | 32 |
7 | AZAL | 24 | 8 | 9 | 7 | 36-27 | 33 |
8 | Xəzər L | 24 | 7 | 8 | 9 | 33-29 | 29 |
9 | Sumqayıt | 24 | 7 | 7 | 10 | 25-39 | 28 |
10 | Rəvan | 24 | 8 | 4 | 12 | 30-38 | 28 |
11 | Turan | 24 | 6 | 5 | 13 | 26-45 | 23 |
12 | Kəpəz | 24 | 2 | 4 | 18 | 13-49 | 10 |
Bombardir: Nikolas Kanales (Neftçi) –20
0
0