Lənkərandan başlayan ispan küləyi
04.04.2013 - 13:13
İspaniyanın dünya futbolunda hegemonluğu ələ keçirməsi Azərbaycana da təsirsiz ötüşməyib. Apasport.az saytının məlumatına görə, son vaxtlar ölkəmizə tərəf əsməyə başlayan Pireney küləyi bu ildən daha da güclənib.
Artıq Azərbaycan futbolunun İspaniya ilə bağları artmaqdadı. Sabah start götürəcək Topaz Premyer Liqasının XXV turunda daha bir ispaniyalı mütəxəssis ölkə çempionatının ən yüksək liqasında debüt edəcək. Həmin şəxs “Qəbələ”nin əsas komandasına rəhbərlik edəcək Luis Araqondur. Ötən yaydan klubun əvəzedici heyətini çalışdıran Araqon komandanı ən azı “Simurq”la qarşılaşmaya çıxaracaq.
Ümumiyyətlə, “ispan küləyi” ölkəmizdə son 2 ildir əsməyə başlayıb. Həmin vaxt – 2011-ci ilin yayında “Xəzər Lənkəran” heyətini gücləndirmək üçün Mario Rosası transfer etdi. Lakin cığıraçan rolunu oynayan ispaniyalının Azərbaycan karyerası alınmadı. Cəmi yarım ildən sonra Rosas transferə çıxarıldı.
Lakin Premyer Liqamız ispaniyalısız qalmadı. Rosasın getməsi ilə onun başqa həmyerlisinin gəlişi üst-üstə düşdü. “Bakı” Koke ləqəbli futbolçunu heyətinə qatdı. Rosasdan fərqli, bu yeni oyunçu daha başarılı oldu. Klubu ilə Azərbaycan kubokunu qazanan Koke bir çox komanda yoldaşından yaxşı təsir bağışlasa belə, “Bakı” onunla yollarını ayırdı.
2012-ci ilin yayında ölkəmizi tərk edən ispaniyalının əvəzində daha 2 həmyerlisi Azərbaycana gəldi. Rosas və Kokedən fərqli, bu dəfə Azərbaycana gələnlər təkcə oyunçular deyildi. AZAL-ın transfer etdiyi və əsas heyət üzvünə çevrilən Xuan Fransisko ilə yanaşı, 1 məşqçi də Qafqaza təşrif buyurmuşdu. “Qəbələ” əvəzedici komandaya Araqonu gətirmişdi. Az keçmədi ki, eyni vaxtda burada olan pireneylilərin sayı 3-ə çatdı. Bu dəfə Premyer Liqada ilk baş məşqçi olan Karles Martorell “Xəzər Lənkəran”da peyda oldu.
2013-cü ili Azərbaycanda 3 ispaniyalı – Fransisko, Araqon və Martorell qarşıladı. Düzdür, sonuncu az keçməmiş istefaya göndərildi. Lakin bu il Avropanın cənub-qərbindən əsən küləyin sürəti artmışdı. Martorell istefaya gedənədək daha 2 həmyerlisini komandasına transfer etdirmişdi. Bunlar qapıçı Toni Doblas və Alvaro Silvadır. Qolkiperin ümidləri tam doğrultduğunu söyləmək olmaz. Amma müdafiəçinin komandada möhkəmləndiyini əminliklə iddia etmək mümkündür.
Lakin bu qış külək çox güclü oldu. “Xəzər Lənkəran”dan başqa “Neftçi”, “Bakı” və “Qarabağ” da düşərgəsinə dünya və Avropa çempionlarının həmyerlisini cəlb etdi. Onlardan yalnız biri - “Bakı” Mario Martines Rubio ilə anlaşdı. Bununla, Premyer Liqada ispan futbolçuların sayı 4-ə çatdı: Fransisko, Doblas və Silvaya Rubio da qoşuldu. Rosas və Kokeni də saysaq, ümumi rəqəm 6-ya çatdı.
Azərbaycanda çalışan ispan məşqçilərin sayı da bu qış artdı. 19 yaşadək qızlardan ibarət yığmaya baş məşqçi təyin olunan Patrisiya Qonzales qısa müddət Martorell və Araqonla “üçlük” təşkil etdi. “Xəzər Lənkəran”dakı dəyişiklikdən sonra bu rəqəm 2-yə endi. Lakin hələ Qonzalesin köməkçisi də həmyerlisidir.
Lakin ispan küləyinin son dalğaları əsməkdə davam edir. Araqon əvəzedici komandadan əsasa keçdi. Əslində, bunadək İspaniyadan daha bir mütəxəssisin gəldiyini qeyd etmək olar. Bu ölkədə yaşayan, məşqçilik karyerasının az qala yarısı Pireney yarımadası ilə bağlı olan uelsli Con Toşakı da məhz bu külək Azərbaycana gətirib. “Xəzər Lənkəran”ın baş məşqçisinin yay transferləri arasında da ispaniyalıların olacağı inandırıcıdır.

0
0