Ceyhun Sultanov: Uyğunlaşma üçün mənə vaxt lazımdı – MÜSAHİBƏ
04.04.2013 - 15:30
“Qəbələ”nin futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- Zədənizi nə vaxt sağaldıb, yaşıl meydana dönəcəksiniz?
- 3-4 gündən sonra qaçmağa başlayacağam. Növbəti turda “Simurq”la oyundan sonra yavaş-yavaş məşqlərə start verəcəyəm. Yan əzələ bağlarımda bərk dartılma var. Bu, matçdan 1 gün öncə məşqdə olub.
- Zədələr sizi karyeranızda təqib edərək, formaya düşdükdən sonra uzun müddət oynamağınıza imkan vermir...
- Bu dəfə yaxşı qurtardım. Qorxurdum ki, əzələ bağlarım qırılıb və onda uzun müddət oynamayacaqdım. Ancaq indi 2 həftəlik sıradan çıxmışam. Bu isə elə də böyük vaxt deyil.
- Komandanızda baş məşqçi dəyişikliyi elə kənarda qaldığınız vaxta təsadüf etdi. Ramiz Məmmədovun istefasını necə qarşıladınız?
- Bu, klub rəhbərliyi ilə baş məşqçinin birgə gəldiyi fikirdir. Öz aralarında danışaraq, belə qərara gəliblər. Bunu komandanın xeyri üçün ediblər.
- Məmmədovun transferi olduğunuzu nəzərə alsaq, onun gedişi sizdə narahatçılıq yaratmır ki?
- Biz peşəkar futbolçularıq və istər-istəməz belə halla üzləşirik. Elə etməliyəm ki, Məmmədov ondan sonrakı baş məşqçinin qarşısında mənə görə başıaşağı olmasın. Onun transferi kimi yeni çalışdırıcının ümidlərini doğrultmalıyam. Komanda müvəqqəti ispaniyalı mütəxəssisə tapşırılıb ki, onun məşqində hələ olmamışam.
- “Qəbələ”də öz çıxışınız nə dərəcədə ürəyinizcədir?
- Mən komandaya gəldiyim vaxtdan çox keçməyib. 2-3 matçda əsas heyətdə oynamışam. Daim oynamayanda, əsas heyətdə möhkəmlənmək çox çətin olur.
- Sizin üçün əsas çətinlik nədir?
- Mən oynadığım futbolla “Qəbələ”ninki eyni deyil. Komanda daha çox atletik futbola üstünlük verir, mən isə texnikalı oyuna öyrəşən futbolçuyam. Buna uyğunlaşmağa vaxt lazımdır.
- Ancaq bunu bilə-bilə “Qəbələ”yə keçdiniz...
- Hesab edirəm ki, məndə alınacaq. Çünki mən ötürmə verə bilən futbolçuyam. Gördüm ki, yox, yalnız bununla iş bitmir, mən də qaçmalıyam.
- Sizcə, “Qəbələ” indiki vəziyyətdə nəyə ümid edə bilər?
- Avropaya düşməyimiz çətindir. Axır 3 oyundakı məğlubiyyətdən sonra şansımız çox azalıb. Ancaq istənilən halda, əlimizi üzməyib, hər oyunda meydana qələbə üçün çıxmalıyıq. Əgər meydana buna yox, uduzmağa görə çıxacağıqsa, onda niyə oynayırsan ki? İstəyimizə çatmaq üçün qalan oyunlarda maksimum xal qazanmalıyıq. Buna görə növbəti turda “Simurq”la matçda qələbə çox vacibdir.
- “Qəbələ” qış fasiləsində transfer bazarında ən fəal klublardan olaraq, 7 futbolçu aldı. Bunlardan 2-si yerli, 5-i əcnəbidir. Ancaq onların uğursuz transferlər olmağı çox müzakirə olunur. Siz bu haqda nə düşünürsünüz?
- Bu, rəhbərliyə, məşqçiyə aid məsələdir. Mən futbolçu olduğumdan, buna qiymət verməyim düzgün olmazdı.
- Elə isə məsələni belə qoyaq: “Qəbələ”nin oyun qurucusuna böyük ehtiyacı olduğu, bu mövqeyə futbolçu transfer edə bilmədiyi problem kimi göstərilir. Siz həmin mövqedə oynayan futbolçu kimi bu fikirlə razısınız?
- Komandada 1 mövqeyə 2 futbolçu olmalıdır. Biri zədələnəndə, digəri oynamalıdır. Mən razıyam ki, komandada güclü oyun qurucusu olan legioner gəlsin. Əgər komanda güclənirsə, heyətdə güclü futbolçular olmalıdır.
Mehman SÜLEYMANOV

0
0