“Atletiko” bu ay Bakıya gəlir
04.04.2013 - 14:18
“Atletiko” bu ay Bakıya gəlir
İspaniyanın “Atletiko” klubunun “Bakı” ilə yoxlama oyununun keçiriləcəyi tarix müəyyənləşməkdədir. Apasport.az saytının İspaniyanın məşhur “Marka” qəzetinə istinadən məlumatına görə, Bakıda keçiriləcək qarşılaşma aprelin 30-da ya da mayın 1-də baş tutacaq. Bunun üçün isə madridlilər artıq bu ayın sonu ölkəmizə gəlməlidir.

Səfərin məhz həmin vaxta təsadüf edəcəyi böyük ölçüdə həllini tapıb. Belə ki. “Atletiko” oyunun tarixi İspaniya Primerasında hazırda qərarlaşdığı 3-cü yeri itirmək təhlükəsi ilə üzləşdiyi zaman dəyişə bilər. Bu isə indiki durumda az inandırıcıdır. Çünki madridlilər ən yaxın izləyicisini 13 xal qabaqlayır.

Qeyd edək ki, “Bakı” və “Atletiko” arasında əməkdaşlıq haqda müqavilə imzalanıb.