Simeone ilə Hacıyevin fərqi
04.04.2013 - 14:44
Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycandan 4 mütəxəssis yer alıb.
Onlar arasında ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. İndi çalışdırıcı 580 xalla 728-ci pillədədir. Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov 365 xalı olan məşqçi 875-ci yerdə qərarlaşıb.
Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov (“Bakı”) da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1089-cu (164 xal) və 1344-cü (38 xal) pilləni tutub.
Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alan var. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze 316 xalla 912-ci yerdədir.
Siyahıya isə portuqaliyalı argentinalı Dieqo Simeone başçılıq edir. İspaniya “Atletiko”sunun çalışdırıcısı 14.321 xala malikdir. Madrid “Real”ının portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 14.152 xalla 2-cidir. Almaniyanın “Bavariya” klubunda çalışan Yupp Haynkes 12.899 xalla 3-cüdür.

0
0