“Sumqayıt”da 2 futbolçu tam hazır vəziyyətdədir
04.04.2013 - 15:01
Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq "Sumqayıt" bu oyun üçün hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” bu gün Bayıl Arenada növbəti məşqini keçirib.
Zədəli Orxan Əliyev və Pərdis Fərcad-Azad bu dəfə də hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavik Alxasov komandaya qoşulub. Yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənən Emin Cəfərquliyev və Can Akgün isə artıq tam hazır vəziyyətə gəlib.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu bazar günü saat 17:00-da keçiriləcək.

0
0