Azad Rəhimov Moldovaya gedəcək
04.04.2013 - 15:53
Azad Rəhimov Moldovaya gedəcək
Aprelin 8-dən 13-ə qədər 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Moldovada təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamızın Moldovanın U-19 komandası ilə 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tututlub.

Toplanışa 20 futbolçu dəvət olunub. Bunlardan 5-i Türkiyə və Rusiyada çıxış edən oyunçulardır. Hətta aşağı dəstə klubu olan “Lokomotivdən” də oyunçu Moldovaya yollanacaq.

Eyyub Əliyev (Simurq), Elməddin Məmmədov (AZAL), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi “Qəbələ”), Adil Nağıyev, Coşqun Diniyev (hər ikisi “İnter”), Şamil Cəmaləddinov, Ruslan Nəsirli (hər ikisi “Sumqayıt”), Bilal Abbaszadə, Tural Rzayev (hər ikisi “Qarabağ”), Kamran Abdullazadə (Xəzər Lənkəran), Budaq Nəsirov (Turan), Kənan Manafov (Neftçi), Namiq Ələskərov (Bakı), Vəkil Talıbov (“Antalyaspor”, Türkiyə), Mehman Behbudov (“Smena”, Rusiya), Azad Rəhimov (“Torpedo”, Rusiya), Rafsan Qasımov (“Amkar”, Rusiya), Rüstəm Rüstəmli (Lokomotiv), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə)

Qeyd edək ki, Moldova ilə oyunlar aprelin 10-u və 12-də keçiriləcək. Meydan sahiblərinin baş məşqçisi Yuri Osipenko Arif Əsədovdan fərqli olaraq 25 futbolçunu bu yoldaşlıq oyunlarına çağırıb.