Runi və Rafael məşqlərə qoşuldu
04.04.2013 - 20:08
Runi və Rafael məşqlərə qoşuldu
“Mançester Yunayted”in zədəli futbolçularından ikisi komandanın sıralarına qayıdıb. Apasport.az saytının məlumatına görə, bunlar, bazar ertəsi günü keçirilən İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində “Çelsi”yə (1:0) qarşı oyunda meydana çıxmayan hücumçu Ueyn Runi və müdafiəçi Rafaeldır.

Hər iki oyunçu artıq “qırmızı şeytanlar”ın heyətində məşqlərə qoşulub. Onların Premyer Liqanın 32-ci turu çərçivəsində keçiriləcək “Mançester Siti” ilə qarşılaşmada forma geyinməsi ehtimal edilir. “Mançester Yunayted”in digər iki müdafiəçiləri Conni Evans və Nemanya Vidiç isə hələ ki zədəli olduğu üçün sıralara dönməyib.

Qeyd edək ki, “Mançester Yunayted” - “Mançester Siti” matçı aprelin 9-da baş tutacaq.