Melo hələ də “Yuventus”un azarkeşidir
04.04.2013 - 20:38
Melo hələ də “Yuventus”un azarkeşidir
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Real”a 3:0 hesabı ilə uduzan “Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo İtaliya mətbuatına qısa bir açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Yuventus”a məxsus olan və icarə əsasında “Cim-Bom”da çıxış edən təcrübəli futbolçu hələ də “Qoca Sinyora”nın azarkeşidir.

Braziliya milli komandasının sabiq üzvü uzaqdan “Yuventus”u dəstəklədiyini ifadə edib: “Yuventus” İtaliyada hər kəs üçün çox güclü bir komandadır. Çempionluq onsuz da onlarındır. Buna görə, çox xoşbəxtəm. Mən bir “Yuve” azarkeşiyəm və uzaqdan da olsam onları dəstəkləyirəm. “Bavariya”ya qarşı matçda uduzmaqlarına baxmayaraq, ikinci bir oyun onları gözləyir”.

Qeyd edək ki, Felipe 2009-cu ildə “Fiorentina”dan “Yuventus”a 25 milyon avroya transfer olunub. Lakin ilk mövsümündə heç də yaxşı çıxış etməyən Melo daha sonra “Qalatasaray” icarəyə verilmişdi.