Didye Deşam PSJ-ni təriflədi
04.04.2013 - 21:40
Didye Deşam PSJ-ni təriflədi
Fransa milli komandasının baş məşqçisi Didye Deşam ölkəsində səviyyəli futbolçular transfer edib, güclənən PSJ haqda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı güclü Paris klubunun yaranmasının yerli çempionatın və ölkə yığmasının inkişafında müsbət təsir edəcəyini vurğulayıb.

O, bildirib ki, PSJ Fransa futbolunun lokomotivi olmalıdır: Biz PSJ haqda danışırıqsa, deməli ölkəmiz və çempionatımız haqda danışırıq. Bu klubun heyətində dünya səviyyəli oyunçular var və onlar “Barselona”ya qarşı çox yaxşı mübarizə apardılar. Bu da bizim üçün çox əhəmiyyətlidir. Lokomotiv özü ilə arxasında başqa klubları da çəkməlidir. Əgər hələ bundan sonra 2-3 eyni güclü komanda çıxacaqsa, daha yaxşı olacaq”.