“Biz çempionluğa layiq komandayıq” - MÜSAHİBƏ
04.04.2013 - 23:01
“İnter” klubunun müdafiəçisi Brüs Abdulayenin apasport.az saytına müsahibəsi
- Komandanızın cari mövsümdə çıxışını necə dəyərləndirərdiniz?
- Komandamız mövsüm ərzində yaxşı oynadı. Bəzi oyunları çıxmaq şərtilə, “İnter” iddialı olduğunu nümayiş etdirən və təsdiqləyən oyunlar sərgilədi. Düşünürəm ki, komanda bu tempdə də çıxışını davam etdirəcək və mövsümü müsbət tonda başa vuracaq.
- Uzun müddət turnir cədvəlinə başçılıq etsəniz də, “Neftçi” ilə duellərdəki məğlubiyyətlər yenidən zirvəni ələ keçirmənizə imkan vermədi. Son çempiona hansı komponentlərdə uduzursunuz?
- “İnter” heç bir komponentdə uduzmur. Bəli, “Neftçi”də fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular var. Lakin “İnter”in nədəsə kiməsə uduzduğunu təsdiqləyə bilmərəm.
- Son dueldə əksəriyyət “İnter”in məğlub olmayacağını gözləyirdi. Ancaq standart vəziyyətdən vurulan top matçın taleyini həll etdi...
- Nə demək olar? Bizim də, rəqibin də şansları oldu. “Neftçi” yaranan imkanından istifadə etdi. Bu futboldur, bir gün sən udursan, o biri gün başqası.
- Çempionatda ən az top buraxan komandasınız. Müdafiədə yaxşı oynayırsınız. Bəs hücumdakı zəif oyun nə ilə bağlıdır? Bəlkə hücumçuların ustalıq səviyyəsi aşağıdır?
- “İnter”in futbolçuları işlərini yaxşı bilirlər. Eyni zamanda nəticələrinə görə komandanın bütün oyunçuları cavabdehdirlər. Burada hücum və müdafiəni ayırmaq olmaz.
- Sabah “Bakı” ilə qarşılaşacaqsınız. Kubokda məğlub olduğunuz rəqibinizdən revanş ala biləcəksinizmi?
- Proqnoz vermək istəmirəm. Amma onu qeyd etmək istəyirəm ki, “ Bakı” asan rəqib deyil.
- Rəqibdən hansı komponentlərə görə güclü olduğunuzu qeyd edərdiz?
- Bütün komponentlər diqqət doğurur, əsas odur ki, doğru qiymətləndirib lazım olan nəticəni əldə edə biləsən.
- Topaz Premyer Liqasında hansı komandanın oyununu müsbət mənada qiymətləndirərdiniz?
- Mən öz komandamı qeyd etmək istəyirəm. Məni “İnter”in oyunu maraqlandırır və komandamın oyununu yüksək qiymətləndirirəm.
- “İnter” hansı oyunlarda itirdiyi xalların acısını yaşayır?
- “İnter” yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Buna görə də, itirilən hər bir xal bizdə təəssüf hissi doğurur.
- Hədəfiniz çempion olmaqdır. Ancaq bu oyunla buna layiqsinizmi?
- Əlbəttə, çempion olmaq üçün zəruri potensiala malik komandamız var. Niyə də layiq olmayaq? Biz çempionluğa layiq komandayıq.
- Karyeranız ərzində daha çox təbii ot örtüklü meydançada oynamısınız. Ancaq “İnter” süni örtüklü meydanda oynayır. Bu amil oyununuza nə dərəcədə təsir edir?
- Bilirsiniz, Fransada da bir çox klublarda süni ot örtüyü var. Buna görə də, süni ot örtüyündə oynamaq mənim üçün problem yaratmır.

0
0