Qvardiolanın “Bavariya”da debütünün vaxtı dəqiqləşdi
04.04.2013 - 23:02
“Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanın “Bavariya”da debüt matçının tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Pep yeni komandasının “sükanı arxası”nda ilk oyununu iyulun 14-də keçirəcək.
Münhenlilər yerli “Hanza” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaqlar. Həmçinin bu qarşılaşma mürəkkəb maliyyə vəziyyətində olan III Bundesliqa təmsilçisinə kömək etmək məqsədi ilə təşkil ediləcək.
Qeyd edək ki, ispaniyalı çalışdırıcı Yupp Haynkesi rəsmən iyulun 1-də əvəz edib öz vəzifəsinə başlayacaq.

0
0