“Barselona” UEFA-ya rəsmi şikayət göndərdi
04.04.2013 - 23:44
“Barselona” UEFA-ya rəsmi şikayət göndərdi
“Barselona” almaniyalı hakim Volfqanq Ştarkın idarəçiliyindən UEFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matç günündə səfərdə PSJ ilə qarşılaşan Kataloniya klubu görüşün referisinin verdiyi qərardan narazı olduğu üçün ali futbol qurumuna rəsmi etirazını bildirib.

Belə ki, kataloniyalıların fikrincə, almaniyalı hakim Ştark Paris təmsilçisinin hücumçusu Zlatan İbrahimoviçin oyunun 79-cu dəqiqəsində vurduğu qolu oyundankənar vəziyyətdə olarkən qeydə alıb. “Barsa”nın nümayəndələri referinin bu qərarını səhv kimi qiymətlədirlər.

Qeyd edək ki, PSJ – “Barselona” matçı 2:2 hesablı sülhlə başa çatıb.