“İnter” hücumçusunu 20 günlük itirdi
05.04.2013 - 00:22
İtaliya “İnter”i ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Milan klubunun hücumçusu Rodriqo Palasio zədələnərək sıradan çıxıb. Argentinalı forvard komandanın səhər məşqi vaxtı ombasından ciddi zədə alıb.
O, yaxın günlərdə əsaslı tibbi müayinədən keçəcək. Lakin “İnter”in həkimləri ehtiyat edir ki, Palasio təxminən 15-20 gün komandasını yalnız buraxa bilər. Bu da ilkin diaqnoz təsdiqlənəndən sonra məlum olacaq.
Beləliklə, 31 yaşlı futbolçu A seriyasının növbəti turu çərçivəsində “Atalanta”ya qarşı oyunda forma geyinməyəcək.
Qeyd edək ki, Rodriqo bu mövsüm “İnter”in heyətində 38 matçda meydana çıxıb və rəqib qapılarından 21 top keçirib.

0
0