Millimizə qol vuran futbolçu məşqdə də fərqləndi - VİDEO
05.04.2013 - 01:16
Millimizə qol vuran futbolçu məşqdə də fərqləndi -  VİDEO
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya yığmasının və “Zenit”in müdafiəçisi Bruno Alveş Sankt-peterburq klubunun məşqində gözəl qola imza atıb. Apasport.az saytının məlumatına görə, karyerasında ilk dəfə üç matçda ardıcıl fərqlən futbolçu qoldan sonra komanda yoldaşları tərəfindən alqışlanıb.

Qeyd edək ki, Alveş millisinin heyətində, martın 22-də İsrailə və 4 gün sonra Bakıda yığmamızın qapısından başla fərqlənib. Daha sonra isə Buruno Rusiya Premyer Liqasının sonuncu turu çərçivəsində “Terek”lə oyunda rəqib qapıçını məyus etmişdi.