“Şükrü Saracoğlu”nun uğurlu seriyası
05.04.2013 - 02:12
“Şükrü Saracoğlu”nun uğurlu seriyası
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə evində “Latsio”nu 2:0 hesabı ilə məğlub edən “Fənərbaxça”nın bu mövsüm rəqibləri 3 dəfə meydanı 10 nəfərlə başa vurub. Apasport.az saytının məlumatına görə, bu mövsüm sözügedən turnirdə 11-ci oyununu keçirən İstanbul klubunun rəqiblərindən 3-ü də “Şükrü Saracoğlu” stadionunda qırmızı vərəqə ilə cəzalanıb.

Maraqlısı isə ondan ibarətdir ki, meydanda 1 nəfər azlıqda qalan hər 3 komanda qələbə qazana bilməyib. “Fənərbaxça”nın (1:0) BATE ilə oyununda qonaqların futbolçusu Baqa, AEL-lə (2:0) görüşdə Ouon və “Latsio” ilə (2:0) qarşılaşmada Onazi qırmızı vərəqə ilə cəzalanıb.