Qurban Berdıyev: Üçüncü top lazımsız idi
05.04.2013 - 02:37
Qurban Berdıyev: Üçüncü top lazımsız idi
“Birinci hissədə əvvəlcə uşaqlar bir az səhvə yol verdilər. Lakin biz onları xəbərdarlıq etdik ki, daha sakit hərəkət etmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in baş məşqçisi Qurban Berdıyev deyib.

Təcrübəli çalışdırıcı Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə səfərdə “Çelsi”yə 3:1 hesablı məğlubiyyətə şərh verib: “İlk qol bizi sındırdı. Sonra oyuna yenidən alışdıq. Fasilədən sonra düşünürdük ki, təşəbbüsü ələ alacağıq və hesabı bərabərləşdirəcəyik. Amma bu 3-cü vacib lazımsız qol, bizim bütün işimizi çətinləşdirdi. Cavab matçında üstün oynamalıyıq. Bunun başqa çıxış yolu yoxdur. Yenə deyirəm, 3-cü top lazımsız idi. 1:2 hesabı bizim üçün daha xoş olardı”.