Rafael Benites nəticədən razıdır
05.04.2013 - 03:45
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Stemford Bric”də “Rubin”i (3:1) məğlub edib böyük üstünlük qazanan “Çelsi”nin baş məşqçisi Rafael Benites qarşılaşmadan sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı öz komandasından razı qaldığını vurğulayıb.
O, görüşdə dubl edən Fernando Torresi də qiymətləndirib: “Nəticədən razıyam. Amma tamamilə deyil. Çünki biz oyuna nəzarət edərkən qol buraxdıq. Torresə gəlincə, o məşqlərdə səylə çalışırdı. Mən şadam ki, Fernando iki qol vurdu və oyuna yaxşı start verdi. Ümumilikdə, bütün komandadan razıyam”.

0
0